Fransada keçirilmiş əməliyyat zamanı 3 terrorçunun öldürüldüyü məlum olub

Fransada keçirilmiş əməliyyat zamanı 3 terrorçunun öldürüldüyü məlum olub
# 20 noyabr 2015 15:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Fransa prokurorluğu Sen-Denidə terrorçuların gizləndiyi mənzilin partladılması zamanı orada 2 deyil, 3 terrorçunun olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə BBC məlumat yayıb. Ölənlərin içərisində üçüncü şəxsin olması cəsədlərin ekspertizasından sonra məlum olub. Onun kimliyi hələlik müəyyənləşməyib, lakin qadın olduğu bildirilir.

Digər iki terrorçunun isə 13 noyabr tarixində Parisdəki terror aktlarının təşkilatçısı Abdelhamid Abaud və onun yaxın qohumu, əməliyyat zamanı özünü partladan Hasna Aitbulahen olduğu açıqlanıb.

Xüsusi əməliyyat Sen-Deni şəhərində noyabrın 18-də keçirilib. Nəticədə terrorda şübhəli bilinən 7 nəfər saxlanılıb. Əməliyyat zamanı 5 polis yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR