Elmar Məmmədyarov İndoneziyada Avstraliyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov İndoneziyada Avstraliyanın xarici işlər naziri ilə görüşüb
# 07 noyabr 2013 09:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Avstraliyalı nazir Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirərək səfirliyin fəaliyyətinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR