Bakıda Gənclər Günü qeyd olunub

Bakıda Gənclər Günü qeyd olunub
# 01 fevral 2013 10:35 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Bu gün “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı olan Gənclər Evində 2 fevral - gənclər günü münasibəti ilə “Gənclər Evində - Gənclər Günü” adlı tədbir keçirib. APA-nın məlumatına görə, layihə gənclərin iş həyatındakı hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib.

Tədbirdə ofis rəhbəri Nurcan Səmədova qonaqları salamlayıb və Gənclər Evi haqqında ətraflı məlumat verib. Daha sonra isə, Gənclər Evinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, gördükləri iş, Gənclər Evinə üzv olan gənclər arasında keçirilmiş “Azərbaycan və Azərbaycan Gəncliyi” sorğusu haqqında məlumat verib. Tədbirdə bir çox gənclər təşkilatlarının nümayəndələri iştirak edib və təmsil etdiyi təşkilatların gənclərlə bağlı gələcək planlarını gənclərin nəzərinə çatdırıb, Gənclər Evi ilə bu istiqamətdə sıx işləmək baxımından fikirlərini bildiriblər.


Layihənin əsas məqsədlərindən biri olan, ödənişsiz kursların təşkil olunmasıdır. Məhs bu səbəbdən ilk dəfə olaraq media, vəsaitayırma, liderlik, ingilis dili kurslarında (pre-inter. Səviyyə) təhsil almış və həmin kursları müvəffəqiyyətlə başa vuran gənclərə sertifikat təqdimetmə mərasimi də keçirilib. Həmçinin kursların tədrisçi gənc müəllimləri öz fikirlərini bildirib və kurslarla bağlı ümumi vəziyyət haqqında məlumat verib və Gənclər Evi ilə daimi sıx əməkdaşlığın davam etməsini ümid etdiklərini dilə gətiriblər.

Tədbirdə Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov, Nazirlik yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, UNİCEF-in Gənclər Proqramlarının rəhbəri Natiq Umurov və digər gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR