Azərbaycan yığmasının sabiq kapitanı Avropa Şahmat İttifaqının prezidenti seçilib

Azərbaycan yığmasının sabiq kapitanı Avropa Şahmat İttifaqının prezidenti seçilib
# 12 avqust 2014 10:19 (UTC +04:00)


Bakı – APA. Avropa Şahmat İttifaqında (AŞİ) prezident seçkilərinin nəticələri açıqlanıb. Apasport.az saytının məlumatına görə, səsvermə nəticəsində qurumun rəhbəri postunda dəyişiklik baş verib.

Belə ki, Norveçin Tromse şəhərində baş tutan iclasda Azərbaycan millisinin sabiq kapitanı, yığmamıza Avropa çempionu titulunu qazandıran Zurab Azmayparaşvili AŞİ-inin yeni prezidenti seçilib.

Gürcüstanlı mütəxəssis səsvermədə 33 ölkədən dəstək alıb. Postunu qorumaq niyyətində olan bolqarıstanlı Silvio Danailov isə cəmi 18 səs toplayıb.

Beləliklə, Azmayparaşvili növbəti 4 ildə AŞİ-nin prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, Danailov 2010-cu ildən AŞİ-yə rəhbər seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR