Azərbaycan hərbçilərinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək

Azərbaycan hərbçilərinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək
# 07 iyun 2014 07:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 11-dək Bakı şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxalq humanitar hüquq mövzusunda seminarı keçiriləcək.

İyunun 13-dək Türkiyənin İstanbul şəhərində NATO-nun Regional Kollektiv Təlim (REGEX 6) seminarında iştirak və Azərbaycan-ABŞ İş Planına əsasən Budva şəhərində (Monteneqro) "Combined Endeavor–2014" təliminin yekun planlaşdırma konfransı nəzərdə tutulub.

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dək Vışkov şəhərində (Çexiya) kiçik komandirlər üçün liderlik kursu, iyulun 18-dək isə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpur şəhərində (Pakistan) Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR