Son beş ildə Azərbaycanın nəqliyyat sektoruna 14,5 mlrd. dollar sərmayə qoyulub

Son beş ildə Azərbaycanın nəqliyyat sektoruna 14,5 mlrd. dollar sərmayə qoyulub
# 13 iyun 2014 09:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Son beş ildə Azərbaycanın nəqliyyat sektoruna 14,5 mlrd. dollar sərmayə qoyulub.

APA-Economics”in xəbərinə görə, bunu II Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti iqtisadiyyat şöbəsinin sektor müdiri Heydər Turabov bildirib.

Onun sözlərinə görə, bu sərmayənin ümumi həcminin təqribən 12 mlrd.dolları yol- nəqliyyat sisteminin inkişafına yatırılıb.

“Son 10 ildə (2003-2013-cü illər) yükdaşımalar 3,8%, tranzit daşımalar 8,6%, sərnişin daşınma isə 6,1% artıb. ÜDM-də nəqliyyatın payı isə 5,6% təşkil edir”, - deyə H. Turabov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR