Azərbaycanda pul bazasının artması davam edir

Azərbaycanda pul bazasının artması davam edir
# 04 dekabr 2013 13:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü il dekabrın 1-nə 10 787,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il dekabrın 1-nə nisbətən bu göstərici 1 441,7 mln. manat və ya 15,4% artıb.

Bu ilin noyabr ayında pul bazası 55,5 mln. manat və ya 0,5% artıb. Ümumiyyətlə, bu il ərzində yanvar, aprel və sentyabr aylarından başqa digər aylarda pul bazasının artımı müşahidə olunub. Nəticədə, ilin əvvəlindən pul bazası cəmi 272,7 mln. manat və ya 2,6% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının Mərkəzi Bankda saxlanılan vəsaitləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR