Gəncədə hərbi hissənin yataqxanasında partlayış baş verib, biri azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb - VİDEO

Gəncədə hərbi hissənin yataqxanasında partlayış baş verib, biri azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 14:37 (UTC +04:00)

Gəncə şəhər Yanğından Mühafizə idarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib.

Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR