Nyu-Yorkun yeri meri demokrat Bill de Blazio seçilib

Nyu-Yorkun yeri meri demokrat Bill de Blazio seçilib
# 06 noyabr 2013 04:18 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun meri vəzifəsinə keçirilən seçkilərdə demokrat Bill de Blazio qalib gəlib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, o 1989-cu ildən bu vaxtadək şəhərin meri vəzifəsinə seçilmiş ilk demokrat olacaq.

İlkin məlumata görə, 52 yaşlı Bill de Blazio rəqibi – respublikaçı Co Lotdan 40 faiz çox səs toplayıb. Nyu-Yorkun hazırkı meri Maykl Blumberq 3 dəfə bu vəzifəyə seçilib.

Qeyd edək ki, ötən gün ABŞ-ın bir neçə böyük şəhər və ştatlarında seçkilər keçirilib.

Nyu-Cersi ştatının qubernatoru vəzifəsinə yenidən respublikaçı Kris Kristi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR