Azərbaycanda bank kredit qoyuluşlarının həcmi 30% artıb

Azərbaycanda bank kredit qoyuluşlarının həcmi 30% artıb
# 05 noyabr 2013 10:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 2013-cü il oktyabrın 1-nə 14 401,0 mln. manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, bu göstərici illik müqayisədə 3 331,3 mln. manat və ya 30,1% artıb.

Eyni zamanda, kredit qoyuluşlarının həcmi yanvar-sentyabr ayları ərzində 2 437,1 mln. manat və ya 20,4%, sentyabr ayında isə 338,3 mln. manat və ya 2,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR