ADPU tələbələr tərəfindən növbəti etiraz aksiyasının keçirilməsi xəbərini təkzib edib

ADPU tələbələr tərəfindən növbəti etiraz aksiyasının keçirilməsi xəbərini təkzib edib
# 23 oktyabr 2013 11:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) orada tələbələr tərəfindən növbəti etiraz aksiyasının keçirilməsi xəbərini təkzib edib.

ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov APA-ya açıqlamasında deyib ki, universitetdə hər hansı bir aksiya keçirilmir.

Onun sözlərinə görə, hazırda ali məktəbdə rektor Yusif Məmmədov tərəfindən görüş keçirilir: “Rektor əvvəlcə Tarix fakültəsinin tələbələri ilə görüşdü. İndi isə Kimya fakültəsinin tələbələri ilə görüş keçirilir və onların təklifləri dinlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR