AMEA istedadlı gənc doktorantlar axtarır

AMEA istedadlı gənc doktorantlar axtarır
# 14 may 2014 09:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası üçün istedadlı doktorantlar axtarılır.

APA-nın xəbərinə görə, bu barədə AMEA prezidenti Akif Əlizadə gənc doktorantların akademiyanın institutlarında işlə təmin olunması məsələsi ilə bağlı vəziyyətdən danışarkən bildirib.

O, istedadlı şəxsləri işlə təmin etməyə hazır olduqlarını deyib: “Onlar çalışsınlar ki, fəaliyyət göstərdikləri istiqamətdə püxtələşsinlər. İstedadı olan doktorantlar institutlara, Rəyasət Heyətinə, öz elmi rəhbərinə müraciət etsin. Gənc doktorantların işlə təmin olunması problem deyil. Çünki hər zaman akademiya üçün istedad axtarırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR