Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər
# 19 may 2014 10:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər.

Belə ki, mayın 20-də Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Dağlıq Qarabağ separatçılarının konserti planlaşdırılır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə elan konservatoriyanın saytında yerləşdirilib. (http://www.mosconsv.ru/ru/concert.aspx?id=139022)

Elanda mayın 20-də saat 19:00-da Konservatoriyanın Raxmaninov zalında "Artsax Dövlət Kapellası"nın konsertinin keçiriləcəyi bildirilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildirilib ki, səfirlik məsələdən xəbərdardır və bu istiqamətdə iş aparılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR