Milli Kitabxanada Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib - FOTO

Milli Kitabxanada Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun haqqında sənədli film nümayiş olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri, nazirliyin YAP üzrə ilk ərazi təşkilatının sədri Yaşar Əliyev məruzə ilə çıxış edərək Heydər Əliyevin Azərbaycan elmində və incəsənətindəki xidmətlərindən danışıb: “Heydər Əliyevin mədəniyyət xadimlərinin sənətinə verdiyi yüksək qiyməti mədəniyyətimizin və incəsənətimizin inkişafına səbəb olub. O, Azərbaycanın mədəniyyətinin inkişafı, dünyada təbliği və tanıdılmağı istiqamətində əvəzsiz xidmətlər göstərib. Heydər Əliyevin təşəbbüsü ilə bir çox mədəniyyət xadimləri xaricdə təhsil alıb mütəxəssis kimi vətənə dönüblər”.

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Heydər Əliyevin Azərbaycan mədəniyyətindəki rolundan danışmaqla bərabər, onun insani keyfiyyətlərindən, sənətkarlara verdiyi qiymətdən də söz açıb. Nazir əlavə edib ki, ölkədə Heydər Əliyevin heykəlləri ucaldılır, onun adını daşıyan mədəniyyət mərkəzləri istifadəyə verilir: “Əlbəttə, bütün bu işlər çox vacibdir və gələcək nəsillərə onun böyüklüyünü hiss və dərk etdirmək üçündür. Heydər Əliyev ona görə insanların xatirəsində yaşayır ki, o insanları sevirdi, onlara qayğı və mehribanlıq göstərirdi. O, təkcə siyasətçi yox, hər bir azərbaycanlının sevgi və məhəbbət hiss etdiyi insan idi. Bu gün Azərbaycanın inkişaf tempi dünya ölkələrinin təəccübləndiyi hadisədir. Bu, müasir Azərbaycanın düzgün siyasətinin nəticəsidir. Heydər Əliyev həmişə gələcəyə baxırdı. Biz bu gün bütün işlərimizdə, qəbul etdiyimiz qərarlarda bu təcrübədən istifadə etməliyik”.

Tədbirin sonunda 9 oktyabr prezident seçkilərinin keçirilməsində və təşkilində fəal iştirakına görə 11 nəfər YAP üzvü partiyanın fəxri fərmanı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR