Gəncədə saxta yolla sənəd almaq istəyən şəxs saxlanılıb

Gəncədə saxta yolla sənəd almaq istəyən şəxs saxlanılıb
# 19 mart 2014 11:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini öz şəkli ilə qardaşına sənəd almaq istəyib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü İqbal Əliyev “ASAN xidmət”in Gəncə şəhər şöbəsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, İ. Əliyev Rusiyada yaşayan qardaşı, 1979-cu il təvəllüdlü Namiq Əliyevə bənzədiyi üçün onun adına sənəd almaq istəyib.

İ. Əliyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR