Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 26 noyabr 2013 13:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il noyabrın 1-nə müsbət 1,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabrın əvvəlində mənfi 7,3%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, artan dinamikanı nümayiş etdirməsinə baxmayaraq, indeks müsbətdir. Bu da anbarlarda mal ehtiyatlarının artmasını göstərir. Belə ki, 2013-cü il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 262,5 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da oktyabrın 1-nə nisbətən 2,8 mln. manat və ya 1,1% çoxdur.

Sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının artması ümumilikdə mənfi göstəricidir, çünki istehlakın azalmasından xəbər verir. Belə ki, oktyabrda sənaye sahəsində məhsul istehsalının həcmi sentyabrla müqayisədə 2,670 mlrd. manatdan 2,597 mlrd. manata enib. Beləliklə, məhsul ehtiyatlarının artması istehsalın artması səbəbindən baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR