“Sazz 4G” provayderi ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb

“Sazz 4G” provayderi ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb
# 26 noyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Sazz 4G” provayderi internetə yüksək sabit sürətlə kəsintisiz çıxışı təmin edən ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb.

«Sazz Internet»in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “SkyPort” adı ilə təqdim olunan bu məhsul müasir 4G texnologiyaları ilə dəstəklənir və bir sıra mühüm üstünlüklərə malikdir.

“SkyPort” məhsulu abunəçilərə 5 Mbit/saniyədən başlayan və 100 Mbit-ə qədər təyin oluna bilən sabit ötürmə sürəti ilə təqdim olunur. Bu məhsul Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. “SkyPort” ayrılmış xəttin üstünlükləri arasında onun sərt iqlim şəraitinə və mövsüm amillərinə daha davamlı olması da qeyd olunmalıdır.

Qeyd edək ki, xidmətin daha bir üstünlüyü onun daşına bilən olmasıdır. Gələcəkdə ünvan dəyişikliyi baş verdikdə abunəçi “SkyPort” avadanlığının yeni mövqeyə keçirilməsi üçün müraciət edə bilər. “SkyPort” həmçinin məlumatların təhlükəsizliyi baxımından da tam arxayınlıq verir. “SkyPort” ayrılmış simsiz internet xətti həm əsas, həm də ehtiyat (back-up) xətti kimi istifadə oluna bilər.

Yeni məhsul əsasən hüquqi şəxslər üçün nəzərdə tutulduğuna baxmayaraq, ondan fiziki şəxslər də faydalana biləcəklər. “SkyPort” məhsulu barədə ətraflı məlumatı “Sazz 4G” provayderinin 191 qaynar xətt nömrəsindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR