Azərbaycan millisinə çağırılan futbolçu “Hoffenhaym”la müqavilə bağlayıb

Azərbaycan millisinə çağırılan futbolçu “Hoffenhaym”la müqavilə bağlayıb
# 30 oktyabr 2013 13:25 (UTC +04:00)

Bakı – APA. Almaniyanın “Hoffenhaym” klubu Azərbaycan milli komandasına dəvət olunan futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, söhbət Jiloan Hamaddan gedir.


1990-cı ildə Bakıda doğulan kürd əsilli futbolçu karyerasına sonradan köçdüyü İsveçdə başlayıb. 2006-08-ci illərdə “Forvard” klubunda oynamış yarımmüdafiəçi 2008-ci ildə “Malmö”yə transfer edilib. 2011-c ildə Azərbaycan millisindən aldığı dəvəti geri çevirən Hamad bir qədər sonra İsveç yığmasına çəlb olunub.

22 yaşlı yarımmüdafiəçinin sonuncu mövsümdə İsveç çempionatının ən yaxşı oyunçusu seçilməsi almanların diqqətindən yayınmayıb. “Hoffenhaym” gənc istedadla 2017-ci ilədək müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR