İranın xarici işlər naziri ölkə parlamentində hesabat verəcək

İranın xarici işlər naziri ölkə parlamentində hesabat verəcək
# 02 noyabr 2013 12:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentində hesabat verəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin deputatı Cavad Kərimi Qüddusi bildirib.

Onun sözlərinə görə, M. Zərif noyabrın 10-da İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasında millət vəkillərinin suallarını cavablandıracaq: “Zərifə daha çox İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələri və İran prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-York səfəri çərçivəsində yaşanan proseslərlə bağlı suallar ünvanlanacaq”.

C. Qüddusi deyib ki, bəzi suallar ABŞ prezidenti Barak Obamanın iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı və Holokostla bağlı olacaq: “Eyni zamanda M. Zərifdən son günlərdə İranın uranın zənginləşdirilməsini dayandırılmasını qəbul etdiyi ilə bağlı yayılan fərziyyələr soruşulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR