Moskvanın ən böyük meyvə-tərəvəz bazası məhkəmənin qərarı ilə bağlanacaq

Moskvanın ən böyük meyvə-tərəvəz bazası məhkəmənin qərarı ilə bağlanacaq
# 14 oktyabr 2013 22:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən Pokrov meyvə-trəvəz bazası məhkəmənin qərarı əsasında bağlanacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında paytaxtın Cənub İnzibati Dairəsinin prefekti Georgi Smoleevski bildirib. Onun sözlərinə görə, Pokrov meyvə-tərəvəz bazasının bağlanması prefektura ilə bağlı deyil: “Baza məhkəmənin qərarı ilə bağlanacaq. Bazanın bağlanılması iddiası ilə “Rospotrebnadzor” çıxış edəcək”.

Qeyd edək ki, “Rospotrebnadzor”un sədr müavini Yelena İqnatova bu gün jurnalistlərə açıqlamasında “Pokrov” meyvə tərəvəz bazasının beş günlüyə bağlandığını bildirib.

Qərbi Biryulevo rayonunda yerləşən bu meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlılar çalışır. Bazarın rəhbərlərindən biri də azərbaycanlıdır.

Oktyabrın 13-də Moskvanın Qərbi Biryulevo rayonunda yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər “Biryuza” Ticarət Mərkəzinə və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.

Moskva polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Pokrov” meyvə-tərəvəz bazasında minlərlə azərbaycanlı çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR