Məhkəmə Gəncədə saxlanılan hüquq müdafiəçisi barəsində qərar çıxarıb

Məhkəmə Gəncədə saxlanılan hüquq müdafiəçisi barəsində qərar çıxarıb
# 02 aprel 2014 16:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Məhkəmə Gəncə şəhərində polis əməkdaşları tərəfindən saxlanılan hüquq müdafiəçisi Həsən Hüseynli barəsində qərar çıxarıb. Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri H. Hüseynli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib.

Qeyd edək ki, H. Hüseynli martın 31-də Gəncədə saxlanılıb. Yayılan məlumatlara görə, o, Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR