Azərbaycanın İndoneziyadakı səfiri bu ölkə Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın İndoneziyadakı səfiri bu ölkə Nümayəndələr Palatasının sədri ilə görüşüb
# 30 dekabr 2013 07:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziya Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, T. Qarayev M. Əliyə 19 dekabr 2013-cü ildə İndoneziya Nümayəndələr Palatasındakı yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə və Xocalı soyqırımına dair parlamentin rəsmi mövqeyini bildirdiyi üçün Azərbaycan hökumətinin və şəxsən özünün dərin minnətdarlığını çatdırıb. Sədr İndoneziya-Azərbaycan münasibətlərinə istər siyasi, istər parlamentlərarası əlaqələr, istərsə də iqtisadi baxımdan verdiyi yüksək töhfəyə görə minnətdarlıq edib.

M. Əli isə İndoneziyanın hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarı olacağını yenidən vurğulayaraq, İndoneziyanın Xocalı soyqırımına dərin kədərlə yanaşdığını və törədilməsini qətiyyətlə pislədiyini söyləyib. M.Əli Konstitusiyaya uyğun olaraq digər dövlətin ərazisini zəbt edən ölkəyə, yanı Ermənistana münasibətdə İndoneziyanın açıqladığı mövqeyinin dəyişməz olaraq qalacağını nəzərə çatdırıb. Sədr İndoneziya parlamentinin Nümayəndələr Palatasının Ermənistanın-Azərbaycan münaqişəsi bitənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcəyini bir daha təkrarlayaraq Ermənistanın İndoneziyada səfirliyinin açılmasının ləngidilməsinin parlament tərəfindən hökumətə tövsiyə edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR