Azərbaycan dövlət büdcəsinin gömrük orqanlarının xətti ilə daxilolmaları 15% artıb

Azərbaycan dövlət büdcəsinin gömrük orqanlarının xətti ilə daxilolmaları 15% artıb
# 16 sentyabr 2013 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gömrük vergi və rüsumları ilə balı daxilolmaları 887,8 mln. manat təşkil edib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% çoxdur.

Bu ilin avqust ayında gömrük rüsumları üzrə 189,7 mln. manat, ƏDV üzrə 633,3 mln. manat, aksizlər üzrə 53,1 mln. manat, yol vergisi üzrə isə 11,7 mln. manat büdcəyə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR