Bakıda ispaniyalı fotoqrafın ustad dərsi keçirilib

Bakıda ispaniyalı fotoqrafın ustad dərsi keçirilib
# 06 fevral 2014 17:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Fotoqraflar Birliyinin (AFB) dəstəyi ilə “İrəli” Təlim və Karyera Mərkəzində ispaniyalı fotoqraf Gerald Kiernanın “İnteryer fotoqrafiyası” adlı ustad dərsi keçirilib.

AFB-nin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, ustad dərsində ispaniyalı fotoqraf 20-yə yaxın fotoqrafla “İnteryer fotoqrafiyası” haqqında öz təcrübəsini bölüşməklə yanaşı, özünün interyer kataloqlarını da onlara təqdim edib: “Fotoqraf interyer çəkilişində istifadə olunan işıq qurma sxemlərini nümayiş etdirdi. Azərbaycanlı fotoqraflar bu sahədə olan təcrübələrini, qarşılaşdıqları müəyyən yaradıcılıq çətinliklərini bölüşdülər”.

M. Həsənoğlu əlavə edib ki, ustad dərsinin ikinci hissəsi fevralın 9-da olacaq. G. Kiernan fotoqrafiya üzərində redaktə proqramları ilə işləmək barəsində əyani təcrübəsini bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR