Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub - VİDEO

Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 28 may 2014 07:19 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR