Samux və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Samux və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 07 iyun 2013 11:07 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Samux və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-ın «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 7 iyun 2013-cü il tarixində saat 10-dan saat 18-dək “Gəncə” Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə-Ziyadlı” orta təzyiqli qaz kəmərində, eyni zamanda “Qazax” Qazpaylayıcı Stansiyasından və “Ağköynək” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux rayonunun bir hissəsinə və Qazax rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR