BAXCP türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib - FOTO

BAXCP türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 10:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər Bakının və Azərbaycanın digər ərazilərinin erməni quldurlarından azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb. Q. Həsənquliyev ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə başsağlığı verməsinin təəssüf doğurduğunu bildirib. Onun sözlərinə görə, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.

Qeyd edək ki, hər il aprelin 24-nün Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd olunması təşəbbüsü ilə ilk dəfə 2005-ci ildə Q. Həsənquliyev çıxış edib. O gündən etibarən BAXCP üzvləri hər il aprelin 24-də bu günü qeyd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR