Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
# 05 dekabr 2013 15:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək üçün Ukraynaya səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Tərəflər 2014-cü ilin iyun ayında ATƏT PA-nın illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR