Türkiyədə prezident İlham Əliyevə həsr olunmuş “Bir Prezidentin portreti” kitabının təqdimatı keçirilib - FOTO

Türkiyədə prezident İlham Əliyevə həsr olunmuş “Bir Prezidentin portreti” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 04:27 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər iştirak edib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında “Bir Prezidentin portreti” kitabının təqdimatını prezident İlham Əliyevin ad günündə keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Z.Əsgərov çıxışında İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində ölkədə iqtisadi və sosial sahədə qazanılan böyük nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Türkiyə ilə Azərbaycanın birlikdə daha böyük nailiyyətlər qazanacağına əmin olduğunu bildirib. Z.Əsgərov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin görkəmli dövlət xadimi kimi bütün yüksək keyfiyyətləri qeyd olunan kitabda əksini tapıb.

Daha sonra kitabın müəllifi Qrem Uilson bildirib ki, İlham Əliyev Heydər Əliyevin siyasətini davam etdirməklə, regionda və dünyada baş verən prosesləri müdrikliklə qiymətləndirir. O qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın inkişafı istiqamətində qətiyyətli qərarlar qəbul edir: “Azərbaycan prezidenti təmkinli, qətiyyətli və novator bir lider kimi dünyanın siyasət xadimləri arasında öz layiqli yerini tutub”, deyə Qrem Uilson qeyd edib.

Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında “Bir Prezidentin portreti” kitabını Azərbaycan tarixini əks etdirən mötəbər mənbə adlandıraraq Azərbaycanın tarixi uğurlarının bu kitabda əks olunduğunu qeyd edib.

Qeyd edək ki, “Bir Prezidentin portreti” kitabı 512 səhifədən, 40 fəsildən ibarətdir. Kitabda Azərbaycanın tarixi, ölkənin qədim dövrlərdən indiki zamanadək siyasi inkişafının spesifikası öz əksini tapıb.

Kitab türk dilinə Türkiyənin tanınmış tərcüməçi Tayfun Toruner tərəfindən tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR