Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb
# 13 may 2014 10:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 12-də Saatlı rayonu Dəllər kəndinin ərazisində kənd sakini Samir İsrafilov at arabasından yıxılıb.

Xəstəxanaya yerləşdirilən S.İsrafilov orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR