Elmar Məmmədyarov: “Kədərləndiricidir ki, ATƏT DTİHB yalnız texniki mandata və biliklərə əsaslanaraq bütün təşkilatın adından bəyanatlar verir”

Elmar Məmmədyarov: “Kədərləndiricidir ki, ATƏT DTİHB yalnız texniki mandata və biliklərə əsaslanaraq bütün təşkilatın adından bəyanatlar verir”
# 05 dekabr 2013 13:07 (UTC +04:00)

APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov Ukraynaya sədrlik dövründə gördüyü işlərə görə təşəkkür edib: “Hesab edirik ki, İsveçrə və Serbiyanın qarşıdakı sədrliyi tərəfindən təklif olunan yol xəritəsi bizə ATƏT-in əksər problemli məsələlərini həll etməyə, məsələn, həlli uzanan münaqişələrin həllinə və silahlar üzərində nəzarətin təmin olunmasına imkan verəcək. Münaqişələrdən əziyyət çəkən ərazilərin demilitarizasiyasına nail olmadan silahlar üzərində ədalətli nəzarət mexanizmi formalaşdırmaqda uğur qazanmaq mümkün deyil”.

Nazir çıxışında ATƏT-in institutlarının Azərbaycanda keçirilmiş seçkilərə verdiyi qiymətə də toxunub: “Kədərləndirici haldır ki, yalnız texniki mandata və biliklərə əsaslanaraq, müvafiq durumla bağlı konkret məlumatlara malik olmadan və öz fəaliyyətini baş katiblə, sədrliklə əlaqələndirmədən ayrı-ayrı institutlar seçkilərin monitorinqi də daxil olmaqla, siyasi məsələlər barədə bütün təşkilatın adından bəyanatla çıxış edirlər. Ona görə, biz əminik ki, ATƏT DTİHB-nin roluna yenidən baxılması “Helsinki-40” prosesi çərçivəsində həyata keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR