FHN Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

FHN Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb
# 10 avqust 2013 06:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Binə Ticarət Mərkəzində bir-birinə bitişik bir çardaq altında tikilən, sahibləri məlum olmayan, (əsas konstruksiyalar yüngül plastik materiallardan ibarət) məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bəzək bijüteriya mağazasının və dönərxananın yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR