Hindistanda qatarda növbəti yanğın hadisəsi nəticəsində 9 nəfər ölüb - VİDEO

Hindistanda qatarda növbəti yanğın hadisəsi nəticəsində 9 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 08 yanvar 2014 04:51 (UTC +04:00)

Bakı-APA. Hindistanda sərnişin qatarında baş vermiş növbəti yanğın hadisəsi 9 nəfərin həyatına son qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın ölkənin qərbində yerləşən Bandra şəhərindən şimal bölgədəki Dexradun şəhərinə gedən qatarda baş verib.

Məlumata görə, ölənlərin hamısı tüstüdən zəhərlənib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici briqadaları cəlb olunub. Yanğının səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, Hindistanın Andxra-Pradeş ştatında 10 gün əvvəl analoji hadisə nəticəsində 26 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR