MSK sədri: “Namizədlərin təşviqatı üçün sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə olundu” - FOTO

MSK sədri: “Namizədlərin təşviqatı üçün sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə olundu” - <span style="color: red;">FOTO
# 08 oktyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, M.Pənahov deyib ki, sabah - oktyabrın 9-da keçiriləcək prezident seçkisi prosesi 67 gün əvvəl elan edilib. Bu da namizədlər üçün daha geniş imkanlar yaradıb.

Onun sözlərinə görə, qısa müddətdə 20-dən artıq müraciət olsa da, onlardan 10-nun namizədliyi qeydə alınıb: “Bunlardan 8 nəfəri siyasi partiya, 1 özü tərəfindən namizədliyini irəli sürüb, daha 1-i isə bir neçə partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Milli Şurası tərəfindən irəli sürülüb. Seçki təşviqat mərhələsinin də qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün Seçki Məcəlləsinin tələb etdiyi bütün şərait yaradıldı. Namizədlər üçün həm İctimai Televiziyada və radioda ödənişsiz efir vaxtı ayrıldı”.

M.Pənahov deyib ki, dünyanın heç bir yerində namizədlər üçün ödənişsiz efir vaxtı yoxdur: “Bundan başqa, namizədlərə 4 dövri nəşrdə də təşviqat üçün yer ayrılıb. Bu imkanlardan namizədlər çox effektiv istifadə etdi. Bundan başqa, namizədlərin təşviqatı üçün sosial şəbəkələrdən də məhdudiyyətsiz istifadə olundu. Ümumiyyətlə, Azərbaycanda internetdən istifadədə heç bir məhdudiyyət yoxdur”.

MSK sədri qeyd edib ki, seçicilərin düzgün qərar verməsi üçün debatların keçirilməsi effektiv addım olub: “Ümid edirəm ki, bundan sonra keçirilən seçkilərdə prezidentliyə namizədlər öz sələflərinin buraxdığı səhvləri buraxmasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR