Azərbaycanda 6 yaşı tamam olmayanların I sinfə qəbulunun vaxtı açıqlanıb - FOTO

Azərbaycanda 6 yaşı tamam olmayanların I sinfə qəbulunun vaxtı açıqlanıb - <span style="color: red;">FOTO
# 02 iyun 2014 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. ““Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur”.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib ki, həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır. Qaydalara görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır”.

C.Valehov “Sabah qrupları”na qeydiyyat prosesi barədə məlumat verib. O bildirib ki, indiyədək 1800 tələbə elektron qeydiyyatdan keçib. Bu prosesin hazırda davam etdiyini deyən nazirlik rəsmisi qeyd edib ki, qeydiyyat iyunun 12-dən başa çatacaq.

Sektor müdiri “QHT və təhsil ekspertləri üçün ictimai təşəbbüslərin dəstəklənməsi üzrə” II qrant müsabiqəsinin elan olunması barədə məlumat verib. O bildirib ki, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və ekspertlər ilə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi ilə bağlı növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR