Qazaxda 80 yaşlı kişi arvadını qətlə yetirib sonra yandırıb

Qazaxda 80 yaşlı kişi arvadını qətlə yetirib sonra yandırıb
# 10 iyun 2014 22:35 (UTC +04:00)

Qazax rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 10-da günorta saatlarında rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 80 yaşlı Musa Musayev övladlarının evdə olmadığı vaxtda həyat yoldaşı Gülşad Musayevanı qətlə yetirərək sonra onu yandırıb. Yanğın zamanı evin mətbəxi tamamilə yararsız hala düşüb. G.Musayevanın yanmış meyiti ekspertizaya göndərilib. Həyat yoldaşını öldürməkdə şübhəli bilinən Musa Musayev isə Qazax rayon polis şöbəsinə aparılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR