Azərbaycanın ilk elektron ticarət portalının istifadəçilərinin sayı ilin on ayı ərzində 14 mini keçib

Azərbaycanın ilk elektron ticarət portalının istifadəçilərinin sayı ilin on ayı ərzində 14 mini keçib
# 14 dekabr 2013 09:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ilk elektron ticarət portalı - “www.b2b.az”ın xidmətindən 14 mindən çox istifadəçi yararlanıb.

APA-Economics”in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə ticarət portalından 25 mindən artıq istifadəçi faydalanıb.

Məlumata görə, portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, BƏƏ, İspaniya, Yunanıstan, Cənubi Koreya, İsrail, Litva, Belçika, Çexiya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan istifadəçilər də var.

Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur.

Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrini genişləndirməsinə imkan yaradır.

Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir.

Xatırladaq ki, Almaniyanın GİZ təşkilatının dəstəyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış elektron ticarət portalı – “www.b2b.az” “businesstobusiness” modeli əsasında qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR