Tural Abbaslı və Kəmalə Bənənyarlının apellyasiya şikayəti təmin edilməyib

Tural Abbaslı və Kəmalə Bənənyarlının apellyasiya şikayəti təmin edilməyib
# 16 may 2014 13:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində inzibati qaydada azadlıqdan məhrum edilmiş Müsavat Partiyasının üzvü Tural Abbaslı və AXCP üzvü Kəmalə Xəlilovanın (Bənənyarlı) apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatı üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Onlardan T. Abbaslı 15, K. Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR