Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmovanın APA-ya verdiyi xəbərə görə, yeni təyin olunmuş səfirin adı Haydrun Templdır.
Məlumata görə, xanım Haydrun Templ hal-hazırda Almaniyanın İndoneziyadakı səfirliyində daimi işlər müvəkkili vəzifəsində çalışır.
Qeyd edək ki, Haydrun Templ Almaniyanın Azərbaycandakı səfiri postunda missiyasını bu ilin iyulunda bitirəcək Gerbert Kvelleni əvəz edəcək.