Azərbaycan XİN: 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib

Azərbaycan XİN: 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib
# 21 iyun 2024 13:22 (UTC +04:00)

Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşımda qeyd olunub.

"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.
Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir", paylaşımda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR