Azərbaycanın bəzi çaylarında sululuq artıb

Azərbaycanın bəzi çaylarında sululuq artıb
# 23 sentyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 22-si gün ərzində, 23-ü səhərədək yağan yağışların bəzi yerlərdə leysan xarakterli intensiv olması nəticəsində çaylarda, əsasən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bu ərazidən axan Lənkərançay - Lənkəranda suyun səviyyəsində 72, Lənkərançay - Sifidorda 48, Vəşərüçay - Daştatükdə isə 58 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-290, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 80-150, Naxçıvan MR çaylarında isə normanın 55 faizini təşkil edir.

Sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 85,0 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 5, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 327 sm, Şirvanda 180 sm, Salyanda 145 sm, Bankədə 221 sm, Araz çayının Novruzlu məntəqəsində isə 49 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR