Bakıda beton qarışdıram maşın 21 yaşlı qızı vuraraq öldürüb

Bakıda beton qarışdıram maşın 21 yaşlı qızı vuraraq öldürüb
# 11 dekabr 2013 08:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 21 yaşlı qız yol qəzasında ölüb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

İlqar Zahid oğlu Qasımovun idarə etdiyi 90-JO-088 dövlət nömrə nişanlı “VOLVO” markalı beton qarışdıran maşınla yolu keçən, 1992-ci il təvəllüdlü Cəmilə Habil qızı Bayramovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR