Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 11 dekabr 2013 08:54 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbiri açan Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 21 il əvvəl qurulub. Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək ümumilikdə 10 sənəd imzalanıb: «Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi isə 368 mln. ABŞ dolları təşkil edir».


Nazir bildirib ki, Səudiyyə İnkişaf Fondu Xırdalan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına vəsait ayırıb: «Buna 35 mln. dollar vəsait xərclənəcək və bu layihənin icrasına gələn ildən başlanacaq».


Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədri, Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd əl-Osman isə bildirib ki, ölkəsi Azərbaycanı beynəlxalq tədbirlərdə, həmçinin İslam Konfransı Təşkilatında hər zaman dəstəkləyib: «Bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrimiz arzu olunan səviyyədə deyil. Ölkələrimiz arasında bir neçə sənəd imzalanıb və yaxın zamanlarda ölkələrimiz ikiqat vergitutmanı aradan qaldırılacaq».

Sonda Azərbaycan və Səudiyyə Ərəbistanının hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə müştərək komissiyasının III iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri Ş.Mustafayev və Ə.Ə.əl-Osman imzalayıblar.


Protokola əsasən, iki ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye, energetika, kənd təsərrüfatı, bank və maliyyə, mədəniyyət və turizm, təhlükəsizlik, idman və gənclik, elm və təhsil, səhiyyə, mətbuat, hava əlaqəsi, hüquq-müqavilə bazasının genişləndirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR