İran Nobel mükafatına alternativ “Mustafa” mükafatı təsis edib

İran Nobel mükafatına alternativ “Mustafa” mükafatı təsis edib
# 09 yanvar 2014 12:58 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, mükafat Nobel mükafatına alternativ sayılır və İran Nobeli kimi qələmə verilib. Mükafata İslam peyğəmbərinin adlarından biri olan “Mustafa” ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə bir şura nəzarət edəcək. Həmin qurum müsəlman alimləri elmin inkişafına, yeni ixtiralara və elmi əməkdaşlıqlara həvəsləndirmək üçün müəyyən hədəf və məqsədlər müəyyənləşdirib.

İran ilk “Mustafa” mükafatını gələn il “İslami birlik həftəsi”ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək.

İlk dövr üçün nəzərdə tutulan nağd pul mükafatı isə 500 min ABŞ dollarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR