Zaqatalaya qar yağıb - FOTO - VİDEO

Zaqatalaya qar yağıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 10:06 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil.


Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR