İranda hərbi parad keçirilib - FOTO

İranda hərbi parad keçirilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sentyabrın 22-də İranda hərbi parad keçirilib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, mərasim Tehranda “Müqəddəs müdafiə həftəsi” münasibətilə keçirilmiş İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyninin məqbərəsi qarşısında baş tutub.

Tədbirdə İran prezidenti Həsən Ruhani, dövlət rəsmiləri, yüksək çinli hərbçilər və Tehranda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri iştirak edib. Paradda İranın ən müasir hərbi texnologiyaları nümayiş etdirilib.

Mərasimə İran Silahlı Qüvvələri, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İran Quru Qoşunları və İran Hərbi Hava Qüvvələri qatılıb. Parad həmçinin ölkənin digər böyük şəhərlərində, o cümlədən Təbriz şəhərində keçirilib. Hətta İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi şəhərində “Şahab-3” uzaqmənzilli ballistik raketləri nümayiş etdirilib. Mərasim İran dövlət televiziyası ilə canlı yayımlanıb.

Paradda 20 gün əvvəl təqdimat mərasimi keçirilmiş yüksək taktikalı “Trio Sketer” adlanan müasir kommunikasiya sistemi, “Misaq-2” sistemi nümayiş etdirilib. Bundan əlavə, “Mətləül-fəcr”, Milli lokator, “Şahab”, “Mersad” raketləri, “Samin Rəm” maketi, “Skaygard”, “S-200”, “Şahin”, “Hag” və “Ya Zəhra-3” sistemləri və s. nümayiş olunub.

Qeyd edək ki, 1980-ci il sentyabrın 22-də İran-İraq müharibəsi başlayıb və hər il bu gün münasibətilə İranda “Müqəddəs müdafiə həftəsi” keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR