Tovuzda ağır qəza baş verib, ölən və yaralanan var - VİDEO

Tovuzda ağır qəza baş verib, ölən və yaralanan var - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 07:32 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən rayonun Dondar Quşçu kəndinə gedən yolun 3-cü kilometrliyində baş verib.

Kənd sakini, 19 yaşlı Qılınc Qasımov atasının “QAZel” markalı avtomobilini qaçıraraq yüksək sürətlə idarə edən zaman yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobili idarə edən Q. Qasımov hadisə yerində dünyasını dəyişib. Onun maşında olan həmyaşıdı, Elşən Nəzərov isə ağır xəsarətlə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Avtomobil ağaca şiddətlə çırpıldığından mühərrik bir neçə metr kənara düşüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR