Gəncədə yeni teatr binası tikiləcək

Gəncədə yeni teatr binası tikiləcək
# 31 yanvar 2014 15:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Dövlət Dram Teatrının binasının tikintisi nəzərdə tutulur.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2 fevral - Gənclər günü münasibətilə gənclərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak edib və görülən işləri bəyənib. E.Vəliyev qeyd edib ki, ölkə rəhbəri Gəncədə daha bir mədəniyyət ocağının - Dövlət Dram Teatrının tikintisi üçün göstəriş verib və vəsait ayrılandan sonra binanın tikintisinə başlanılacaq.

Bundan başqa, gələn il Gəncədə tikilən Filarmoniya binası istifadəyə veriləcək: “Prezident İlham Əliyev Gəncəyə səfər edən zaman Filarmoniya binasının tikintisi ilə maraqlanıb və işlərin sürətləndirilməsi üçün bu il 10 milyon manat vəsait ayrılmasına göstəriş verib. Gələn il də 10 milyon manat ayrılacaq və bina gələn il istifadəyə veriləcək”.

E.Vəliyev 2014-cü ildə şəhərdə bir neçə orta məktəb və uşaq bağçası binalarının tikiləcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR