Bakıda silsilə oğurluqlarda günahlandırılan keçmiş məhkumlar tutulub

Bakıda silsilə oğurluqlarda günahlandırılan keçmiş məhkumlar tutulub
# 21 sentyabr 2013 08:10 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Qusar rayon sakini Namiq Musayev və Xaçmaz rayon sakini Rafiq Murtuzəliyev saxlanılıblar.

Onlar iyunun 18-də Hövsan qəsəbəsində yaşayan Telnaz Ələsgərovaya məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatları, iyulun 4-də Əbülfət Məmmədrzayevin evindən pəncərədən keçmək yolu ilə 228 manat, iyulun 14-də Vüsal Nağıyevin evindən qızıl-zinət əşyaları, sentyabrın 4-də Ş. Ziyadov küçəsində yaşayan Ramiz Ələkbərovun evinin zirzəmisindən qaynaq aparatı, qaz sobası, 100 metr elektrik naqili, sentyabrın 18-də Zığ qəsəbəsində Əfiyyə Nağıyevanın mağazasından ərzaq malları, sentyabrın 19-da Hövsan qəsəbəsində yaşayan Ramin Əliyevə məxsus həmin ünvanda yerləşən mağazadan 3 ədəd mobil telefon, ərzaq məhsulları, 70 manat və sentyabrın 19-da E. Məmmədov küçəsində yaşayan Vahid Nağıyevin evindən isə 2200 manat, sırğa və fotoaparat oğurlamaqda şübhəli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR