Bakıda 21 yaşlı oğlan şərikini 17 bıçaq zərbəsi ilə qətlə yetirib - VİDEO

Bakıda 21 yaşlı oğlan şərikini 17 bıçaq zərbəsi ilə qətlə yetirib - <span style="color: red;">VİDEO
# 16 may 2014 08:15 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Valeh Xalıqov aralarında yaranmış mübahisə zəminində şəriki, 1975-ci il təvəllüdlü Arif Heybətovu bıçaqlayıb. 17 bıçaq xəsarəti alan A. Heybətov hadisə yerindəcə keçinib.

Polisdən bildirilib ki, hadisəni törədən V. Xalıqov və mərhum şərik olublar.

Hadisəni törədən V. Xalıqov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR